BAKI, 8 yanvar — Sputnik. Şimali Koreya lideri həyat yoldaşı və ölkənin bir sıra rəsmiləri ilə birgə Çinə səfər edib. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, görüşün əsas mövzusu ABŞ-ın Şimali Koreyaya sanksiyalar tətbiq etməsi və bundan xilas olmaq üçün alternativ yolun müzakirəsinə həsr olunub.
Çin və Şimali Koreya prezidentləri arasında baş tutan ikili görüşlərin detalları haqda artıq iki ölkənin mediasında da məlumatlar yayılıb.
Yayılan xəbərə görə, Çin prezidenti Şimali Koreya liderinə iki ölkə səviyyəsində dostluq əlaqələrinin daha da möhkəmləndirilməsini təklif edib. O bildirib ki, bu münasibətlər üstüörtülü olaraq ABŞ üçün bir həyəcan siqnalı olacaq.
Rəsmi Pekinin məlumatına görə, bu yaxınlaşma ABŞ-ı kifayət qədər narahat edəcək.
İkili münasibətlərlə bağlı olaraq isə Çin prezidenti ABŞ-a ultimatum olaraq bunları bildirib: "ABŞ prezidenti bilməlidir ki, Çin əlində kart olmadan oynamır".
Qeyd edək ki, Şimali Koreya lideri Kim Jonq Çin prezidenti TsiTszinpinin dəvəti ilə bu ölkəyə səfər edib.
Xatırladaq ki, ABŞ-ın sanksiyalar tətbiq etməsi ilə bağlı olaraq ötən il Çin və Şimali Koreya arasında 3 görüş keçirilib.