Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 7 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, Türkiyənin Samsun şəhərinin sahillərinə yaxın ərazidə, Panama bayrağı altında üzən gəmi batıb. Gəminin batdığına dair siqnal alınandan dərhal sonra xilasetmə əməliyyatlarına başlanılıb. Məlumata görə, xilasetmə əməliyyatı zamanı gəmidəki 13 nəfərlik heyətdən 7-si sağ qurtarılıb. Son olaraq açıqlanan qeyri-rəsmi məlumatda isə 6 nəfərin meyitinin tapıldığı bildirilib. Ekipaj üzvləri sırasında yer alan vətəndaşlarımız adını dəqiqləşdirmək üçün türkiyəli həmkarlarımızla əlaqə saxladıq. Onlar Sputnik Azərbaycan-a ekipajda yer alanların adlarını açıqlayıb:
İsmayılov Turqut – Azərbaycan
İbrahimov Məmmədəli – Azərbaycan
Bodnik Ruslan - Ukrayna
Vyazovski Rostislav - Ukrayna
Şevçuk Stanislav - Ukrayna
Krepets Dmitro – Ukrayna
Ovdlilenko Volodimir - Ukrayna
Milniçenko Pavlo - Ukrayna
Herasçenko Oleq - Ukrayna
İlçenko Yevgeni - Ukrayna
Yatsenko Yevgeni - Ukrayna
Skaçko Denis-Ukrayna
Budko Tatyana – Ukrayna
Azərbaycan XİN-dən əldə etdiyimiz məlumata görə, Azərbaycan vətəndaşlarından biri dünyasını dəyişib, digərinin axtarışları davam edir.