HADİSƏ

Astarada ər və arvad arasında gözlənilməz olay

Onlar əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdiriliblər
Sputnik

BAKI, 6 yanvar – Sputnik. Astara şəhərində ər və arvad arasında bıçaqlaşma olub.

Qadın üstündə ad günündə qardaşının qanını tökən şəxs saxlanılıb

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə 1981-ci il təvəllüdlü Astara rayonu Şahağacı kənd sakini Yeganə İltifat qızı Hüseynova və onunla qeyri-rəsmi nikahda olan, 1986-cı il təvəllüdlü Təngərüd kənd sakini Hüseynov Kamin Kazım oğlunun "Qum" küçəsində kirayədə qaldıqları evdə baş verib.

Aralarında yaranan şəxsi münaqişə zamanı Y.Hüseynova meyvə qabındakı bıçaqla K.Hüseynovun boyun nahiyəsinə xəsarət yetirib. Ardınca K.Hüseynov bıçağı onun əlindən alaraq qadına 4 zərbə endirib. Hadisə zamanı evdə Y.Hüseynovanın əvvəlki nikahdan olan yeniyetmə qızı olub. Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.