HADİSƏ

Ağdamda dəm qazı can aldı

Dəm qazı 46 yaşlı Məmmədova Sevda Yusif qızının həyatına son qoyub
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 6 yanvar - Sputnik. Ağdamda dəm qazı 46 yaşlı Məmmədova Sevda Yusif qızının həyatına son qoyub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin  verdiyi məlumata görə, hadisə rayonun  Quzanlı qəsəbəsində qeydə alınıb. Rayon sakini, 1973-cü il təvəllüdlü Məmmədova Sevda Yusif qızı vanna otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı  araşdırma aparılır.