İDMAN

Avropa Gənclər Yay Olimpiya Festivalı idmançılara nə qazandıracaq - ekspert şərh edir

İdman şərhçisi Rövşən Binnətli deyir ki, belə festivallar gələcək olimpiyaçıların yetişməsi baxımından əhəmiyyətlidir
Sputnik

Bu ilin iyulunda Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının start götürməsinə 200 gün qalır. Festivalın açılış mərasimi iyulun 21-də təşkil olunacaq. İyulun 27-dək davam edəcək mötəbər idman turnirinə Avropanın 50 ölkəsindən 2 mindən çox idmançı və 1500-dən artıq nümayəndə qatılacaq.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, Bakıda keçiriləcək yarış irimiqyaslı olmaqla yanaşı, həm də gələcək olimpiyaçıların yetişməsi baxımından əhəmiyyətlidir:

“Xüsusən də gənc idmançıların idmanın fəlsəfəsini anlaması, böyük idman yarışlarının abu-havasının duya bilməsi baxımından belə yarışlar önəm kəsb edir. Biz bir çox hallarda da şahidi olmuşuq ki, gənc yaşlarında belə turnirlərdə uğurlu çıxış edən idmançılar gələcək kariyeralarında uğurlarını davam etdirirlər”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz