HADİSƏ

Siqaretlə bağlı xəbərdarlıqdan əməli tədbirlərə keçilib

Mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları faktları aşkar edilib
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 yanvar - Sputnik. Polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə reyd keçirilib.

Siqaretlə bağlı xəbərdarlıqdan əməli tədbirlərə keçilib

Reyd nəticəsində rayon ərazisindəki mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları faktları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri 100 manat məbləğində cərimə olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.