BAKI, 3 yanvar — Sputnik. "Liverpul"un baş məşqçisi Yurqen Klopp "Mançester Siti" ilə matç öncəsi oyun barədə fikirləri ilə bölüşüb. Sputnik Azərbaycan "Sports.ru"-ya istinadən xəbər verir ki, o, rəqib məşqçi Pep Qvardiolanı dünyanın ən yaxşı məşqçisi adlandırıb.
"Pep mənim xoşuma gəlir, mən onun işindən həzz alıram. O, görkəmli məşqçidir. Mənim üçün o, dünyanın ən yaxşısıdır. Mən bunu onun "Liverpul"u Avropanın, dünyanın ən yaxşı klubu adlandırmasına görə demirəm", - deyə Klopp bildirib.
"Liverpul"un baş məşqçisi isə "Mançester Siti"nin ən yaxşı komanda olduğunu bəyan edib: "Biz onları məğlub etmək istəyirik, buna dair heç bir şübhə yoxdur. Lakin biz heç-heçə etsək, bu, daha yaxşı olar".