İki yaşlı uşaq nəhənglərin arasında

Mühafizəçilər cəld tərpənərək, uşağı qəfəsdən çıxara biliblər
Sputnik

BAKI, 3 yanvar — Sputnik. ABŞ-ın Florida ştatında yerləşən zooparkda qorxulu anlar yaşanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki yaşlı uşaq gözdən uzaqlaşaraq kərgədanlar olan qəfəsə girib.

Uşaq dəmir barmaqlıqlar arasında kərgədanların olduğu qəfəsə daxil olduqdan sonra heyvanlar ona doğru gəliblər. Mühafizəçilər cəld tərpənərək, uşağı qəfəsdən çıxara biliblər.

Uşaq üz nahiyyəsindən xəsarət alıb. O və anası xəstəxanaya çatdırılıb. Körpənin atası hadisəni "dəhşətli səhnə" kimi dəyərləndirb.