CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlara qarşı hər 30 saniyədən bir zorakılıq baş verir

Araşdırmaya qatılan qadınlara göndərilən tvitlərin 7,1 faizi problemli və ya zorakılıq xarakterli olub
Sputnik

BAKI, 30 dekabr — Sputnik. Twitter-də hər 30 saniyədə bir "qadına qarşı zorakılıq" müşahidə edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Amnesty International-ın apardığı araşdırmanın nəticəsinə görə, Amerika və İngiltərədə 778 qadın siyasətçi və jurnalistin 2017-ci ildə atdığı 288 min tvitdə ümumilikdə 1,1 milyon söyüşdən istifadə edilib. Bu isə Twitter-də hər 30 saniyədən bir qadına qarşı zorakılıq  deməkdir.

Araşdırmanın məsləhətçisi Milen Marin qeyd edib ki, Twitter iqrçiliyin, qadın düşmənçiliyinin və homofobiyanın əsas idarə edilməyən məkanıdır: “Siyasi tvit atan qadınlar daha çox hədəfə çevrilir. Twitter-in bu problemi həll etməməsi marjinallaşmış səslərin susdurulmasına yardım etməsini sübut edir".

Araşdırmaya qatılan qadınlara göndərilən tvitlərin 7,1 faizi problemli və ya zorakılıq xarakterli olub.