BAKI, 29 dekabr — Sputnik. Rəsmi Ankara YPG/PKK terrorçularına qarşı Fərat çayından şərqə doğru planlaşdırılan hərbi əməliyyatlarda Suriya hava məkanından istifadə etmək üçün Moskvadan icazə istəyəcək.
Sputnik Azərbaycan"Hurriyet"ə istinadən xəbər verir ki, Sabah Moskvaya gedəcək nümayəndə heyətinin tərkibində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, Ərdoğanın sözçüsü İbrahim Kalın, müdafiə naziri Hulusi Akar və kəşfiyyat rəhbəri Hakan Fidan da var.
Rəsmi Ankaranın fikrincə, Fərat çayının şərqə doğru olan ərazilərdə, həmçinin İŞİD ünsürlərinin aradan qaldırılması üçün nöqtə zərbələri həyata keçirmək üçün Suriyanın hava məkanının istifadəsinin önəmli olmasını düşünür.
Hələlik ABŞ nəzarətində olan hava məkanından istifadə etmə izni qoşunların çıxmasından sonra rejimə keçəcək. Bu anlamda isə hava məkanının qorunmasının Rusiya tərəfindən həyata keçiriləcəyi düşünülür. Türkiyə tərəfi isə sərhəddən 300-350 kilometr uzaqlıqda olan İŞİD ünsürlərini zərərsizləşdirmək istəyir.