BAKI, 28 dekabr - Sputnik. Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 52 məsələ daxil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilmələri haqqında məsələyə baxılacaq.
"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi müzakirə ediləcək.
"Atmosfer havasının mühafizəsi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "İstehsalat və məişət tullantıları haqqında" və "Yerin təki haqqında" qanunlarda və Su Məcəlləsində dəyişikliklər müzakirəyə çıxarılacaq.
"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "İcra haqqında" və "İnzibati icraat haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.
"Məhkəmələr və hakimlər haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" və "Notariat haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.
İnzibati Xətalar, İnzibati Prosessual, Miqrasiya, Mülki, Mülki Prosessual, Şəhərsalma və Tikinti məcəllələrində dəyişikliklər müzakirəyə çıxarılacaq.
"Antiinhisar fəaliyyəti haqqında", "Auditor xidməti haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.
"Elektron ticarət haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Haqsız rəqabət haqqında", "Xarici investisiyanın qorunması haqqında" və "İcarə haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.
"İcbari sığortalar haqqında", "İxrac nəzarəti haqqında", "İnvestisiya fəaliyyəti haqqında", "Kommersiya sirri haqqında" və "Qrant haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.
"Lisenziyalar və icazələr haqqında", "Müflisləşmə və iflas haqqında", "Mühasibat uçotu haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.
"Patent haqqında", "Reklam haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Texniki təhlükəsizlik haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.
"Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" və "Valyuta tənzimi haqqında" qanunlarda, Gömrük Məcəlləsində və Vergi Məcəlləsində dəyişikliklərə baxılacaq.
"Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında", "Əmanətlərin sığortalanması haqqında", "Əmanətlərin tam sığortalanması haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.
"Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Poçt haqqında", "Kredit ittifaqları haqqında" və "Kredit büroları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lotereyalar haqqında", "İpoteka haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Torpaq icarəsi haqında", "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" və "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" və s. qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.
İclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsinə baxılacaq.