CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artistindən yeni xəbər var: Həkimlər arasında fikir ayrılığı yaranıb

"Biz əməliyyatla bağlı həkimlərin son qərarını gözləyirik"
Sputnik

BAKI, 27 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, ayağında qanqren yaranan Xalq artisti Ramiz Əzizbəyli bu gün əməliyyat olunmalıydı. Bu haqda aktyorun yaxınları ötən gün Sputnik Azərbaycan məlumat vermişdi. 

Həkimlər Xalq artisti ilə bağlı son qərarı verdi

Əməliyyatla bağlı son vəziyyəti öyrənmək üçün Xalq artistinin qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli ilə əlaqə saxladıq. Müğənni əməliyyatın başlanmadığını bildirib: "Hələ ki, heç bir yenilik yoxdur. Dünən həkimlər arasında fikir ayrılığı oldu ki, ayağını hansı hissədən kəssinlər. Bu səbəbdən hələ ki, əməliyyat başlamayıb".

"Biz əməliyyatla bağlı həkimlərin son qərarını gözləyirik. Xalq artistinə baş çəkmək üçün bir azdan xəstəxanaya gedəcəyəm" - deyə N.Əzizbəyli əlavə edib.

Xatırladaq ki, Ramiz Əzizbəyli üç dəfə beyin insultu keçirib, yüksək təzyiq və şəkərdən əziyyət çəkir.

Aktyorun qızı Xədicə Əzizbəyli isə son durumla bağlı Sputnik Azərbaycan-a bunları demişdi: "Atam başqa klinikada əməliyyat olunacaq. Əvvəl hansı həkimin əməliyyat edəcəyini bilirdik. Amma indi qərarsızıq, bilmirik, həkimi dəyişəcəyik, ya yox. Atam hansı həkim tərəfindən əməliyyat olunacaq, bunu dəqiqləşdirdikdən sonra, sizə məlumat verəcəyəm".