Hakimiyyət orqanlarında korrupsiya: Avropa və ABŞ-da keçirilən sorğunun maraqlı nəticələri

ABŞ və Fransa vətəndaşlarının yarıdan çoxu, alman və ingilislərin isə üçdə biri hesab edir ki, onların ölkələrinin hökumət orqanlarında korrupsiyanın səviyyəsi yüksəkdir
Sputnik

BAKI, 27 dekabr — Sputnik. Fransa (52%) və ABŞ (66%) vətəndaşlarının yarıdan çoxu, alman (34%) və ingilislərin (41%) isə üçdə biri hesab edir ki, onların ölkələrinin hökumət orqanlarında korrupsiyanın səviyyəsi yüksəkdir. Bu sorğu Sputnik.Rəy layihəsi çərçivəsində IFop şirkəti tərəfindən Sputnik İnformasiya Agentliyi və Radiosu üçün keçirilib.

Braziliya prezidentinin adı yenidən korrupsiya qalmaqalında hallanır

Bununla yanaşı, Fransa vətəndaşlarının 10%-i, almaniyalıların 21%-i, britaniyalıların 16%-i, ABŞ sakinlərinin isə 6%-i əmindir ki, onların ölkəsində korrupsiya aşağı həddədir. Fransızların 9%-i, almanların 7%-i, ingilislərin 12%-i, amerikalıların isə 9%-i ümumiyyətlə bu suala cavab verməkdə çətinlik çəkib.

Bundan başqa, ABŞ (69%) və Almaniyada (37%) qadınlar kişilərə nisbətən daha çox hesab edirlər ki, onların ölkəsində ali hakimiyyət orqanlarında korrupsiya yüksək həddədir. Fransızların cavan nəsilləri yaşlı nəsildən fərqli olaraq ölkədə korrupsiyanın yüksək olduğunu düşünür. Almaniyada isə əksinə, yaşlı nəsil korrupsiyanın səviyyəsinin yüksək olmasından şikayətçidir.

2017-ci ildə Fransada keçirilən prezident seçkilərinin birinci turunda Marin Le Penə səs verən respondentlər Emmanuel Makronun tərəfdarlarından daha çox hesab edirlər ki, ali hakimiyyət orqanlarında korrupsiya yüksək səviyyədədir. Le Pen tərəfdarlarının 71%-i, Makron tərəfdarlarının isə 29%-i Fransanın ali hakimiyyət orqanlarında korrupsiya səviyyəsinin yüksək olduğu qənaətindədir.

ABŞ-da dövlət orqanlarının korrupsiyalaşdığı fikri demokratlar (75%) arasında respublikaçılara (54%) nisbətən daha yayğındır. Şərqi Almaniya və Berlində hökumət orqanlarının yüksək həddə korrupsiyaya qurşandığını düşünənlər qərbli almanlara nisbətən daha çoxdur. Bu nisbət 43% və 40%-ə qarşı 32% təşkil edir.

Bu nəticələrlə yanaşı, maraq üçün bir nüansı da qeyd edək ki, beynəlxalq qeyri-hökumət təşkilatı olan "Transperancy International"-ın iştirakı ilə 2017-ci ildə müəyyən edilmiş reytinqə əsasən, Fransa (23-cü), ABŞ (18-ci), Almaniya (12-ci) və Böyük Britaniya (11-ci) korrupsiyadan azad olan ölkələrin top-25-liyində yer alıb. Həmin sorğu beynəlxalq maliyyə və hüquq-mühafizə ekspertlərinin iştirakı ilə keçirilib.

Dövlət başçısı böyük korrupsiya kanalını bağladı

Sorğu 2018-ci ilin 9-20 avqust tarixlərində IFop şirkəti tərəfindən Sputnik üçün keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 4 033 respondent iştirak edib. Seçim zamanı əhalinin cinsi, yaşı və coğrafiya nəzərə alınıb. Bütün ölkələr üzrə sorğunun nəticələrində maksimal səhv +/- 3,1% ola bilər, 95%-i isə etibarlıdır.

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri "Ifop" çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-nin TOP-5-liyinə (LiveInternet-in 27 dekabr 2018-ci il tarixinə olan məlumatına görə) daxildir.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik özündə 30 dildə sayt, analoq və rəqəmsal radioyayım, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.