BAKI, 26 dekabr — Sputnik. İtaliyanın "Milan" klubu 47 yaşlı hücumçu Daniel Maldini ilə müqavilə bağlamaq niyyətindədir. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Yeni müqavilə 2021-ci ilə qədər qüvvədə olacaq.
Daniel klubun heyətində 902 oyundan çıxan "rossonerilərin" əfsanəvi müdafiəçisi Paolo Maldininin oğludur. Hücumçu "Milan"ın gənclərdən ibarət komandasından forma geyib.
Digər klublarından futbolçuya maraq göstərdiyi bildirilir.