RUSİYA

Qəddafi Putindən kömək istəyir

Hələlik Rusiya rəhbərliyi Liviyada prezident seçkilərində kimi dəstəkləyəcəyinə dair qərar verməyib
Sputnik

BAKI, 24 dekabr — Sputnik. 2011-ci ildə öldürülmüş Liviya lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi Rusiya hökumətinə müraciət edib. O, Liviyada prezident seçkilərində iştirak edəcəyini deyərək, bu fəaliyyətində Kremldən dəstək istəyib. 

Qəddafi geri qayıdır

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Moskva nümayəndələri artıq oğul Qəddafi ilə müzakirələr aparıblar. Amma hələ Rusiya rəhbərliyi Liviyada prezident seçkilərində kimi dəstəkləyəcəyinə dair qərar verməyib.

Bildirilir ki, ötən il oktyabrın əvvələrində Seyf əl-İslam Qəddafi Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb. Bu zaman o, Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubu da təqdim edib.

Xatırladaq ki, Liviyanın keçmiş rəhbəri Müəmmar Qəddafi 2011-ci ildə ölkədə baş vermiş kütləvi etiraz aksiyaları, onun ardınca baş tutan üsyan nəticəsində qətlə yetirilib.