CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın bir sıra məhkəmələrinə sədrlər təyin olunub - SİYAHI

Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini vəzifəsinə təyinat olub
Sputnik

BAKI, 21 dekabr - Sputnik. Azərbaycanın bir sıra birinci instansiya məhkəmələrinə təyinatlar olub.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri, Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri, Əfqan Niyətulla oğlu Hacıyev isə Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Sərəncamla aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin sədrləri təyin ediliblər:

Əliyev Zamiq Xudaverdi oğlu - Babək Rayon Məhkəməsinin sədri

Məmmədov Mehrab Fərmayıl oğlu - Culfa Rayon Məhkəməsinin sədri

Əhmədov Zülfüqar Əziz oğlu - Kəngərli Rayon Məhkəməsinin sədri

Haqverdiyev Tural Ziyat oğlu - Ordubad Rayon Məhkəməsinin sədri

Zülfüqarov Hüseyn Nadir oğlu - Sədərək Rayon Məhkəməsinin sədri

Əliyev Mehdi Ədalət oğlu - Şərur Rayon Məhkəməsinin sədri

Aşağıdakı şəxslər Bakı şəhərinin rayon məhkəmələrinin sədrləri təyin ediliblər:

Tağıyev Nazim Hüsü oğlu - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri

Əliyev Kəramət Fətəli oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri

Aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin sədrləri təyin ediliblər:

Əliyev Rəfayil Əfraddin oğlu - Biləsuvar Rayon Məhkəməsinin sədri

Kazımov Marif Sabir oğlu - Gədəbəy Rayon Məhkəməsinin sədri

Əliyev Abbas Baba oğlu - Qəbələ Rayon Məhkəməsinin sədri

Süleymanov Kamran Şakir oğlu - Oğuz Rayon Məhkəməsinin sədri

Məmmədov Elbrus Hacıbala oğlu - Zaqatala Rayon Məhkəməsinin sədri

İmanova Gülsarə Kərimovna - Zəngilan Rayon Məhkəməsinin sədri

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.