CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunda rəssamların sərgisi başlayır

Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyir ki, sərgidə Azərbaycanın görkəmli rəssamlarının əsərləri nümayiş olunacaq
Sputnik

Dekabrın 20-dən Bakı metrosunda Milli İncəsənət Muzeyi ilə birgə Azərbaycanın görkəmli rəssamlarının sərgisi təşkil olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, sərgi 6 ay davam edəcək: “Metronun “Nəriman Nərimanov” stansiyasında keçiriləcək sərgidə görkəmli rəssamların 85 əsəri nümayiş olunacaq. Sərgidə, həmçinin muzeyin nümayəndələri əsərlər barədə sərnişinlərə ətraflı məlumat verəcəklər”.

Bəxtiyar Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz