İDMAN

Azərbaycanlı ağır atletlər Dohaya gedir

Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında iki qadın atletimiz körpücük üzərinə çıxacaq
Sputnik

BAKI, 18 dekabr — Sputnik. 19-23 dekabr tarixlərində Qətərin paytaxtı Dohada ağır atletika üzrə "5-ci Beynəlxalq Qətər Kuboku" keçiriləcək. Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcək.

Ağır Atletika Federasiyasında Sputnik Azərbaycan-a verilən məlumata görə, yarışda baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında iki qadın atletimiz körpücük üzərinə çıxacaq. Bunlar Səbinə Əzimova və Boyanka Kostovadır.