SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə XİN başçısı Bakıda mühüm açıqlamalar verdi

Mövlud Çavuşoğlu: "Azərbaycanın səyləri nəticəsində əhəmiyyətli irəliləyişlərə nail olundu"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. "Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi zamanı bəzi məsələləri həll edə bildik. Azərbaycanı quruma uğurlu sədrliyi münasibətilə təbrik edirəm. Bu qurumda islahatlar aparılmalı, mövcud problemlər həll olunmalıdır".

Lavrov-Çavuşoğlu görüşü baş tutub

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşün yekunları barədə danışarkən deyib. "Bu anlamda Azərbaycanın səyləri nəticəsində əhəmiyyətli irəliləyişlərə nail olundu" - o bildirib.

Bundan əlavə, nazir qeyd edib ki, iclasda gələcək üçün bəzi məsələlər müzakirə olunub: "Türkiyə üçün QDİƏT çox önəmlidir. Təşkilat digər qurumlarla birgə çox vacib vəzifələri həyata keçirir. Bu qurumun daha da genişləndirilməsi, böyüməsi və inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik".

Türkiyəli rəsmi rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli görüşü barədə də danışıb: "Rusiya XİN rəhbəri ilə ikitərəfli məsələləri, ticarət, viza rejiminin mərhələli şəkildə aradan qaldırılması, birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etdik. Biz Suriyada, İdlibdəki vəziyyət və digər regional məsələlər ətrafında fikir mübadiləsi apardıq".

"Türkiyə və Rusiya prezidentləri arasında çox sıx dialoq mövcuddur, onlar davamlı olaraq görüşür, telefonda danışırlar. Biz onların birgə qəbul etdikləri qərarları da nəzərdən keçirdik. Həmçinin, Kerç boğazında baş verən insident ətrafında da müzakirə apardıq" - deyə Çavuşoğlu vurğulayıb.