QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Avropa Parlamentinin qətnaməsi rəsmi Bakıda razılıqla qarşılanıb

Mahmud Məmmədquliyev: "Qətnamədə münaqişələrin eyni prinsiplər əsasında həll olunmalı olduğu qeyd olunur"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Parlamentinin (AP) dekabrın 12-də qəbul etdiyi "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti" adlı qətnaməyə münasibət bildirib.

Qondarma "Dağlıq Qarabağ Respublikası"nda ara qarışdı - Kütləvi "təmizləmə"lər

Sputnik Azərbaycan-ın xəbərinə görə, nazir müavini deyib ki, bu qətnamə ilə münaqişələrin həlli istiqamətində heç bir fərqlilik olmamalıdır: "Əvvəllər qətnamələr qəbul olunanda qeyd edilirdi ki, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələr beynəlxalq prinsiplər əsasında həll edilməlidir. Azərbaycana çatanda deyirdilər ki, ATƏT-in Minsk qrupu var və o, həll eləsin".

"O zaman münaqişənin hansı norma və prinsiplər əsasında həllinə dair referens yox idi. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə isə, 4 ölkənin ərazi bütövlüyünün tanındığı və fərq qoyulmadan bu ölkələrdə olan münaqişələrin eyni prinsiplər əsasında həll olunmalı olduğu qeyd olunur" - deyə nazir müavini vurğulayıb.

Məmmədquliyevin sözlərinə görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrdə mövcud olan münaqişələr, sanki bir sədd yaradır və ölkələr arasında tam iqtisadi əməkdaşlığın qurulmasına maneə olur: "Biz QDİƏT çərçivəsində siyasi məsələləri həll etmirik. Bu, iqtisadi qurumdur. Məhz buna görə Ermənistanın iclasda iştirak edən nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməmişik".