İDMAN

Futbolçu oyun zamanı həlak olub

Qapıçı yarış zaman zamanı rəqib komandanın futbolçusu ilə toqquşub
Sputnik

BAKI, 12 dekabr — Sputnik. Daha bir gənc futbolçu oyun zamanı aldığı xəsarətdən dünyasını dəyişib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, "Bedqouv Daynamos" futbol klubunun 14 yaşlı qapıçısı Luka Kampanaro "Harevild Yunayted" komandası ilə keçirdikləri oyun zamanı rəqib komandanın futbolçusu ilə toqquşub.

Nəticədə qolkiper başından xəsarət alıb. Gənc futbolçunu xəstəxanaya çatdırıblar. Amma həkimlər onun həyatını xilas edə bilməyiblər.

Gənc qapıçının atası Kampanaro hadisəyə belə münasibət bildrib: "Oğlum indi mələklərlədir. Gülün və onu daim yad edin, onun kimi güclü olun".

Futbolçu oyun zamanı həlak olub