İDMAN

Rəqibini 4 saniyəyə nokauta göndərdi – VİDEO

Bu, təşkilatın tarixində ən sürətli nokaut olub
Sputnik

BAKI, 9 dekabr — Sputnik. Qarışıq döyüş növlərində (MMA) iştirak edən amerikalı idmançı Şeyn Makkey həmvətənlisi Coşua Teyloru 4 saniyəyə nokauta göndərib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Shamrock FC 313 turnirindəki döyüşün videosu Makkeyin Twitter səhifəsində yerləşdirilib.

​Makkey döyüş başlayan kimi rəqibinə zərbə endirib. Bu, təşkilatın tarixində ən sürətli nokaut olub.

Elə həmin gün turnirin ikinci ən sürətli nokautu da qeydə alınıb. Ceykob Trall 9 saniyəyə Dillon Tolbertə qalib gəlib.