CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Görmək istəmiriksə, gözümüz ağrıyır

Biz kəlləmizə gərginlik yaradan zaman bu kisələr avtomatik olaraq qapanır və saçlarımız qırılıb tökülməyə başlayır
Sputnik

BAKI, 8 dekabr — Sputnik. İnsanın üzündəki kədər ağlında sevindirici fikirlərin olmadığını izah edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu, çox zaman yaşlı insanlarda özünü göstərir.

Bəs siz yaşlandığınız zaman necə görünəcəksiniz?

Bu yazını oxuduğunuz zaman bir çox səbəblərini bilmiş olacaqsınız.

Ölkədə yoluxucu xəstəlik iddialarına aydınlıq gətirildi - Təhlükəli oyun imiş...

Baş bizi təmsil edir. Bu bizim dünyaya göstərdiyimizdir. Bizi başımızla tanıyırlar. Başımızda nə isə qaydasında olmayanda özümüz də qaydasında olmuruq.

Saçlar gücü təmsil edir. Saçlar saç kisələri vasitəsilə uzanır. Biz kəlləmizə gərginlik yaradan zaman bu kisələr avtomatik olaraq qapanır və saçlarımız qırılıb tökülməyə başlayır.

Əgər gərginlik daimi olaraq davam edirsə, kəllə rahatlanmırsa, saçlar uzanmasını dayandırır. Nəticədə baş keçəl olur. Qadınlar iş dünyasına girdikdən sonra keçəl olmağa başlayıb.

Qulaqlar eşitmək və dinləməyin simvoldur. Əgər insanın qulağında eşitmə ilə bağlı problem yaranırsa, bu o deməkdir ki, şəxsin ətrafında eşitmək istəmədiyi nəsə baş verir.

Qulaqda ağrı daim eşitmək məcburiyyətində qaldığınız insanlara qarşı olan ikrah hissinin əlamətidir.

Fikir vermisinizsə, körpələrin qulaqları tez-tez ağrıyır. Çünki onlar evdə baş verən hər şeyi eşitmək məcburiyyətindədir.

Eşitmə aparatı ilə gəzən şəxslərin yanında mütləq çoxdanışan bir insanın olduğu mütləqdir.

Göz ağrıdığı zaman bu onunla izah edilir ki, biz nəyi isə görməkdən imtina edirik. Məsələn, azyaşlı uşaqlar eynək geyinən zaman bu onunla izah edilir ki, həmin uşaqların ailələrində problem var. Uşaqlar ailə problemlərinə qarşı çıxıb müdaxilə edə bilmədiklərinə görə, gözləri görməkdən imtina edir.

İnsan dəyərsiz hiss etdiyi zaman baş ağrıları yaşayır. Əgər inanmırsınızsa, başınız ağrıyan zaman bir dəqiqə dayanıb özünüzdən soruşun: siz harada alçaldıldığınızı hiss etmisiniz və niyə? Özünüzü bağışlayın, içiniz rahat olduqdan sonra baş ağrınız da keçəcək.

Miqren ağrıları mükəmməl olmaq arzusunda olan və həyatda həddən artıq gərginlik yaşayan insanlarda daha çox müşahidə edilir.