HADİSƏ

Azərbaycanda evdən 1,5 kiloqram qızıl apardılar

Oğurluqda şübhəli bilinən şəxs həbs edildi
Sputnik

BAKI, 8 dekabr — Sputnik. Ağcabədidə evdən 1,5 kiloqram qızıl oğurlanıb.

Ölkəyə qanunsuz qızıl keçirilməsinin qarşısı alınıb

Sputnik Azərbaycan-ın DİN-in Mətbuat xidmətinə istinadla məlumatına görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-də rayonun Avşar kəndi ərazisindəki evlərin birindən 1 kiloqram 500 qramlıq qızıl əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Ağa Tağıyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.