CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbir yerlərinin ölçüləri müəyyənləşdi

Dəfndən sonra qəbrin üzərinə 0,5 metr hündürlükdə torpaq tökülməlidir
Sputnik

BAKI, 7 dekabr — Sputnik. Azərbaycanda qəbir yerlərinin ölçüləri müəyyənləşdirilib. Sputnik Azərbaycan Nazirlər Kabinetinə (NK) istinadla xəbər verir ki, bu barədə baş nazir imzalanan Novruz Məmmədov tərəfindən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda qeyd edilib.

Qəbirstanlıqlarla bağlı yeni qərar verildi

Qərara görə, dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir. Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir.

Qəbir yeri qazıldıqda, qəbrin dibi qrunt sularının axın səviyyəsindən 0,5 metrdən az olmayan hündürlükdə olmalıdır. Azərbaycan Respublikası vətəndaşının xarici ölkədən gətirilmiş və ya bu Qaydalara uyğun olaraq kremasiya olunmuş meyitinin külü saxlanılan urnanın qəbiristanlıqda dəfn edilməsi üçün hüzn divarında (kolumbaridə) ölmüş şəxsin soyadı, adı, atasının adı, doğum və ölüm tarixlərini bildirən lövhə vurulmaqla, uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,4 metr ölçüdə oyuqlar və ya ümumi torpaq sahəsi 2 kvadratmetr olmaqla uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,8 metr ölçüdə qəbir yeri nəzərdə tutulur.

Kremasiya olunmuş meyitin külü saxlanılan urnanın daxili həcmi ölmüş şəxsin çəkisindən asılı olaraq, külün miqdarına görə 4 litrə qədər olmalıdır. Formasından asılı olmayaraq urnanın divarının qalınlığı 0,02 metr olmalı, onun oyuğa rahat yerləşdirilməsi üçün hündürlüyü 0,35 metrə qədər olmaqla, təbii daş və ya metaldan hazırlanır.

Dəfndən sonra qəbrin üzərinə 0,5 metr hündürlükdə torpaq tökülür. Qəbirüstü tikililər dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən quraşdırılır. Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır.

Azərbaycanda terrorçularla bağlı mühüm qərar

Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılmadıqda, qəbiristanlığın müdiriyyəti tərəfindən bu Qaydaların 13.2.8-ci yarımbəndinə əsasən quraşdırılmış ölmüş şəxsin soyadını, adını, atasının adını, doğum və ölüm tarixlərini bildirən lövhə saxlanılır.

Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililərin və onların üzərindəki yazıların dəyişdirilməsinə qəbiristanlığın müdiriyyətinin razılığı ilə yol verilir və qəbirüstü tikilinin və ya onun üzərindəki yazının dəyişdirilməsi səbəbləri göstərilməklə ərizə, qəbirüstü tikilinin və ya onun üzərindəki yazının dəyişdirilməsinə dair ərizə ilə müraciət etmiş şəxsin şəxsiyyətini təsdiq edən sənəd, habelə qohumluq əlaqəsini və ya qanuni nümayəndə olmasını təsdiq edən sənəd, qəbirüstü tikilinin və ya onun üzərindəki yazının dəyişdirilməsinə dair digər qohumların, qanuni nümayəndənin və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslərin razılıq ərizəsi tələb edilir.

Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin bu qaydaların 22.4.1-ci yarımbəndində nəzərdə tutulmuş ərizəsinə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər dəfn olunmuş şəxsin qohumlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş vərəsəlik növbəliliyinə uyğun olaraq razılığı olduqda dəyişdirilir, belə razılıq əldə edilmədikdə, qəbirüstü tikililərin dəyişdirilməsinə yol verilmir.