CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncə hadisələri ilə bağlı yeni xəbər var

Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfər nəfərin məhkəməsi başlayır
Sputnik

BAKI, 7 dekabr — Sputnik. Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfər şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin şəxslər Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfovdur.

Onlar Cinayət Məcəlləsinin 220.1 (Kütləvi iğtişaş) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.

Gəncə hadisələri ilə bağlı yeni faktlar üzə çıxdı - RƏSMİ

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 2019-cu ilin yanvar ayının 4-nə təyin edilib.

Cinayət işində 17 zərərçəkmiş var.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Sentyabrın 28-də Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib.