HADİSƏ

Gecə gələn qonaq ev sahibini xəstəxanalıq etdi - FOTOLAR

Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 7 dekabr - Sputnik. Azərbaycanın şimal bölgələrinin birində partlayış baş verib.

Hadisə Xudat rayonunun Ə.Vahid küçəsindəki evdə olub və nəticədə iki nəfər ağır xəsarətlər alıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir.

Gecə gələn qonaq ev sahibini xəstəxanalıq etdi - FOTOLAR

Fərdi yaşayış evində baş verən partlayışın səbəbi qazın kəsilməsi ilə bağlı olub. Belə ki, 1978-ci il təvəllüdlü Davud Əlimuradov qazı açıq qoyaraq yatıb. Gecə saatlarında onlara qonaq gələn xalası Qətibə Teymurova bacısı oğlunu səsləməyə başlayıb. Əlimuradovun ayılmadığını görən xalası kibrit yandırıb və həmin an partlayış baş verib.

Gecə gələn qonaq ev sahibini xəstəxanalıq etdi - FOTOLAR

Xəstələrin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.