Layihə AREA Akademiyası (Azerbaijan Robotics Engineering Academy) tərəfindən ilk dəfə “Bakutel 2018” ənənəvi beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı çərçivəsində təqdim olunub.
Onun əsas məqsədi 8-12 yaş arası uşaqların elmə marağını artırmaq, potensiallarını daha da inkişaf etdirməkdir. Uşaqlar dron istehsalı, onların dizaynı və idarə olunması haqda məlumatlandırılacaq. AREA tədrisçilərinin sözlərinə görə, mart ayında yarışma gözlənilir. Yarışın qalibləri isə Cənubi Koreyada keçiriləcək final yarışlara göndəriləcək. Hazırda bu proqram bir sıra məktəblərdə və AREA mərkəzlərində tədris edilir.
Bundan başqa, Hədəf Liseyinin tələbələri çəkiliş qrupumuz üçün maraqlı təcrübələr nümayiş etdiriblər.
Qeyd edək ki, “Bakutel 2018” sərgisi dünən işinə başlayıb və dekabrın 7-nə qədər davam edəcək. Sputnik Azərbaycan “Bakutel 2018” sərgisinin informasiya tərəfdaşıdır.