BAKI, 5 dekabr — Sputnik. Bağlar Regional Elektrik Təchizatı və Satışı İdarəsinin xidməti ərazisinə daxil olan Məhəmmədi qəsəbəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" Açıq Səhmdar Cəmiyətindən (ASC) məlumat verilib.
Məlumata görə, elektrik enerjisinin verilişində yaranan məhdudiyyətlər yenidənqurma işlərinin aparılması və elektrik enerjisinin dayanıqlığını təmin edilməsi məqsədi (35/10 kV-luq "Məhəmmədi" y/st-ı ilə yeni xətlərin əlaqələndirilməsi) daşıyır . Qurumdan bildirilib ki, yenidənqurma işləri 6-7 dekabr tarixlərində aparılacaq.
Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.