ELM

Ümumi təhsil müəssisələrində buraxılış qaydalarına dəyişiklik edilir

Ümumi təhsil müəssisələri beynəlxalq qiymətləndirmə proqramlarında iştirak edə bilər
Sputnik

BAKI, 4 dekabr - Sputnik. Təhsilin vəziyyəti barədə məlumatlar əldə etmək, nəticələri digər ölkələrin nəticələri ilə müqayisə etmək və ümumi təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə ümumi təhsil müəssisələri beynəlxalq qiymətləndirmə proqramlarında iştirak edə bilər.

Bütün məktəblərin şagirdləri üçün xüsusi geyim formaları tətbiq ediləcək

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, "Ümumi təhsil haqqında" yeni qanun layihəsinin 14-cü maddəsində (Ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyası) əksini tapıb. Həmin maddədə deyilir ki, dövlət təhsil sənədinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ümumi təhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI sinif) təhsil alanların yekun attestasiyası keçirilir.

Təhsil alanların nailiyyətlərinin izlənilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada təhsil alanların attestasiyası (məktəbdaxili qiymətləndirmə) təşkil edilir.

Ümumi təhsil sistemində baş verən dəyişiklikləri və kurikulumların keyfiyyətini dəyərləndirmək məqsədi ilə ümumi təhsil müəssisələrində milli qiymətləndirmə keçirilir.