İDMAN

Məşhur klubun futbolçusu ölü tapıldı

Mənbə bildirib ki, idmançının cəsədi bazar ertəsi Moskvada aşkarlanıb
Sputnik

BAKI, 4 dekabr — Sputnik. Rusiyanın "Lokomotiv" futbol klubunun yarımmüdafiəçisi Aleksey Lomakin itkin düşdükdən iki gün sonra ölü tapılıb. Bu barədə Sputnik AzərbaycanSports.ru-ya istinadən xəbər verir.

Mənbə bildirib ki, idmançının cəsədi bazar ertəsi Moskvada aşkarlanıb.

"Lokomotiv" futbol klubunun mətbuat xidməti də məlumatı təsdiqləyib.

Lomakin "Lokomotiv" klubunun yetirməsidir. 2018/19 mövsümündə o "Lokomotiv"-in gənclərdən ibarət komandasında 3 oyun oynayıb.