ABŞ-dan açıq etiraf: "Camal Qaşıqçı Səudiyyə şahzadəsinin əmri ilə öldürülüb"

MKİ direktoru senatorlar qarşısında jurnalistin qətlindən danışıb
Sputnik

BAKI, 4 dekabr — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel Senat qarşısındakı çıxışında Camal Qaşıqçının öldürülməsi barədə danışıb. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən xəbərinə görə, Haspel Camal Qaşıqçının Səudiyyə şahzadəsi Məhəmməd İbn Salmanın əmri ilə öldürüldüyünü bildirib.

“Camal Qaşıqçı transmilli islamçı təşkilatın üzvü olub”

Qeyd edək ki, ötən həftə keçirilən brifinqdə ABŞ-ın müdafiə naziri Cim Mattis jurnalist Camal Qaşıqçının Səudiyyə şahzadəsinin əmri ilə öldürülməsinə dair hansısa sübutun olmadığını bildirmişdi.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Uzun sürən araşdırmalardan sonra Səudiyyə hakimiyyəti jurnalistin Baş Konsulluqda öldürüldüyünü etiraf edib.