“Azərbaycanda gimnastika sürətlə inkişaf edir”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresində iştirak edən Səudiyyə Ərəbistanının nümayəndə heyətinin üzvü Rakan Abdullah Alfehaid deyib.
“İdmanın bu növü ölkənizdə çox populyardır və gimnastlarınız beynəlxalq arenada uğurlu çıxışları ilə fərqlənirlər. Azərbaycana ikinci dəfədir səfər edirəm. Bakıda keçirilən Konqres yüksək səviyyədə təşkil olunub. Konqres gimnastikanın inkişafına öz töhfəsini verəcək. Burada maraqlı mövzular və perspektivlər müzakirə olunur. Azərbaycan həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilib. Biz bu dəfə də bunun şahidi olduq. Bakının gözəlliyi məni heyran etdi. Paytaxtınız Qərb ilə Şərq arxitekturasını özündə cəmləşdirib. Müasir və baxımlı binalar zövq oxşayır. Xəzər dənizi isə Bakıya ayrıca gözəllik verir”, - deyə qonaq vurğulayıb.
Qeyd edək ki, FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan Konqresdə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.
Rakan Abdullah Alfehaidin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz