Trampdan qələbə təntənəsi: Çin ABŞ qarşısında geri çəkildi

Pekin Amerika istehsalı olan avtomobillərin ölkəyə idxalı zamanı tələb olunan gömrük rüsumlarını azaltmağa razılıq verib
Sputnik

BAKI, 3 dekabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bildirib ki, Çin ABŞ-da istehsal olunan avtomobillərin ölkəyə idxalı zamanı tələb olunan gömrük rüsumlarını azaltmağa razılıq verib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tramp öz "Twitter" səhifəsində yazıb.

Politoloq: “ABŞ Çinin super güc ola biləcəyindən narahatdır”

Ağ Ev rəhbəri qeyd edib ki, hazırda Çində ABŞ-da istehsal olunan avtomobillər üçün gömrük rüsumları 40% təşkil edir.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda Birləşmiş Ştatlar və Çinin bütün əlavə tarifləri ləğv etmək niyyətində olduğu bildirilib.

Donald Tramp "The Wall Street Journal" nəşrinə müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Çin məhsullarına 267 milyard dollar dəyərində yeni gömrük rüsumları tətbiq edə bilər. O, eyni zamanda rəsmi Pekinin ixrac mallarına tətbiq olunan gömrük vergilərini hazırkı 10%-dən 25%-ə qaldırmamaq barədə təklifini Vaşinqtonun qəbul etmə ehtimalının olduqca az olduğunu bildirib.

ABŞ prezidentinin sözlərinə görə, gömrük rüsumları Çindən idxal olunan elektron qurğulara şamil olunacaq. O, əlavə edib ki, əgər iki ölkə arasında aparılan danışıqların nəticələri ABŞ üçün səmərəli olmasa, onda gömrük rüsumları Çindən idxal olunan bütün vasitələrə tətbiq oluna bilər.

Tramp diqqətə çatdırıb ki, Birləşmiş Ştatlar, Vaşinqtonla Pekin arasında razılıq əldə olunmasa, bundan zərər görməyəcək. ABŞ lideri hesab edir ki, ölkəsi Çindən idxal olunan mallara tətbiq olunan gəlirdən xeyir əldə edəcək.