İDMAN

Azərbaycanda futbol oyunu duman səbəbindən təxirə salındı - FOTO

"Qəbələ" - "Zirə" oyunu qatı duman səbəbindən təxirə salınıb
Sputnik

BAKI, 2 dekabr - Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Qəbələ" - "Zirə" matçı təxirə salınıb.

"Report" xəbər verir ki, buna Qəbələdəki havanın qatı dumanlı olması səbəb olub.

Görüşün baş hakimi Vüqar Həsənli 15 dəqiqəlik fasilə elan etdikdən sonra, daha 10 dəqiqə gözləyib. Lakin hava şəraiti matçın davam etdirilməsinə imkan verməyib. Görüş sabah saat 14:00-da qaldığı yerdən davam etdiriləcək.

Qeyd edək ki, 57-ci dəqiqədə dayandırılan oyunda hesab açılmayıb.