CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi qəbul edildi

Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcəsi qəbul edildi
Sputnik

BAKI, 30 noyabr – Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclis dövlət büdcəsini təsdiqlədi

Sputnik Azərbaycan xəbər verir ki, "Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 928,1 mln. manat həcmində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur.

"İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə əsasən isə, gələn il Fondun gəlirləri üzrə 8 3451,4 min manat məbləğində nəzərdə tutulub ki, bu da Fondun 2018-ci il üçün təsdiq edilmiş gəlirləri ilə müqayisədə 5 588,6 min manat və ya 6,3% azdır.

Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcəsi qəbul edilib.