"Kilsələrə getməyin, pul xərcləməyin"

Daha sonra isə, kilsə üzvlərini yepiskoplara pul verməməyə çağırıb.
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Qalamaqallı açıqlamaları ilə tanınan Filippin dövlət başçısı Rodriqo Duterte vətəndaşları katolik kilsələrə getməməyə çağırıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Duterte katolik kilsəsinin təbliğ etdiklərinin müasir olmadığını və din adamlarının rüşvətlə anıldığını qeyd edib.

Bakıda kilsə xadimlərinin müqəddəs məkanda dəhşətli əməl törətdiyi iddia edilir

"Öz evinizdə bir məbəd yaradıb, orada dua edib. Pul ödəmək üçün kilsələrə getməyin. Onlar bu günün dünyası haqqında nə bilirlər ki? 3000 il əvvəl yaşamış insanlar necə olur və bu gün yaşanılanları necə öncədən görə bilər və əks etdirə bilərlər?" deyən Duterte bundan əvvəl tanrını "axmaq" və katoliklərin ruhani lideri Papa Fransiski "fahişə uşağı" adlandırıb.

Daha sonra isə o kilsə üzvlərini yepiskoplara pul verməməyə çağırıb.

Qeyd edək ki, Duterte bir başqa çıxışı zamanı "Allahın varlığını isbat edən biri çıxarsa istefa verəcəyəm" demişdi.