BAKI, 28 noyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin qida zəhərlənməsi şikayəti ilə bağlı apardıqları araşdırmanın nəticəsi məlum olub.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırma zamanı agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələr laboratoriya müayinələrindən keçirilib. Müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib. Eyni zamanda, məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.