BAKI, 27 noyabr — Sputnik. Alimlər insan beynində yeni bir bölgə müəyyən ediblər.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, daha öncə müəyyən edilməyən bu bölgə heyvanlarda yoxdur və insanları heyvanlardan ayıran mühərrik bacarıqları üçün istifadə edilir. Mühərrik bacarıqları dedikdə, yazı yazmaq, musiqi alətində ifa etmək, idman etmək və s. kimi bacarıqlar nəzərdə tutulur.
Professor Georgi Paxinos beyində sözügedən bölgəni 30 ildən artıqdır ki, apardığı araşdırmalar nəticəsində müəyyən edib. Buradakı hüceyrə fəaliyyətini daha öncələr də fərq edən araşdırmaçı yeni yayımladığı kitabında bölgənin xüsusi olduğu mövzusunda nəzəriyyə ortaya qoyub.
"Endorestiform hüceyrə" adı verilən bölgənin meymunların beyində də olmadığı müəyyən edilib. Yeni kəşf edilən bölgə Altsheymer kimi beyin xəstəliklərində yeni müalicə üsulları tapmaq üçün istifadə edilə bilər.