Terrorçular Azərbaycanla sərhəd bölgəyə raket atdılar

Türkiyə-İran sərhədində yerləşən sərhəd məntəqəsinə PKK terrorçuları gecə saatlarında hücum edib
Sputnik

BAKI, 26 noyabr — Sputnik. Türkiyənin İğdır vilayətində terrorçular sərhəd məntəqəsinə hücum ediblər.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, terrorçular sərhəd məntəqəsinə raket atıb və nəticədə 1 əsgər yaralanıb. Yaralı əsgər xəstəxanaya aparılıb.

PKK terrorçuları sərhəd məntəqəsinə gecə saatlarında hücum edib.

Bölgədən qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.