CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstanda azərbaycanlıların maşınına silahlı basqın edilib

Basqınçılar pul və maşının açarını götürərək hadisə yerindən qaçıblar
Sputnik

BAKI, 26 noyabr — Sputnik. Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında taksiyə silahlı basqın olub.

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfər edib

Sputnik Gürcüstan-ın verdiyi xəbərə görə, taksidə Gürcüstana səfər edən Azərbaycan vətəndaşları olub.

Bu gün səhər baş verən insident zamanı cinayətkarlar taksinin yolunu avtomobillə kəsiblər. Onlar maşından çıxaraq taksi sürücüsünü döyməyə başlayıblar. Taksidə olan Azərbaycan vətəndaşlarının da xəsarət aldıqları bildirilir.

Basqınçılar pul və maşının açarını götürərək hadisə yerindən qaçıblar.

Taksi sürücüsünün oğlu Aynur Məmmədovun bildirdiyinə görə, cinayətkarlar BMW maşınında olublar: “Maşından 4-5 nəfər maskalı şəxs çıxdı və qaz silahından atəş açdılar. Maşındakıların hamısı huşunu yarı itirmiş vəziyyətdə olub. Atamı amansızcasına döyüblər. Sərnişinlərə də fiziki güc tətbiq ediblər, lakin onların vəziyyəti elə də ağır deyil”.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı basqın maddəsi ilə cinayət işi açıb. Cinayətkarları 5 ildən 7 ilədək həbs cəzası gözləyir.