HADİSƏ

Astara sakini içkinin qurbanı oldu

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 26 noyabr - Sputnik. Astara rayonu ərazisində piyada ölümü ilə nəticələnən qəza baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun Astara rayonu Pensər kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1974-cü ilə təvəllüdlü  Astara şəhər sakini Nahid Əbilov idarə etdiyi “GAZ El” markalı mikroavtobusla sərxoş halda olan və yolun hərəkət hissəsinə çıxan 1970-ci il təvəllüdlü Astara rayonu Maşxan kənd sakini Rafiq Teymurovu vurub. Nəticədə xəsarət alan R.Teymurov Astara Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Rafiq Teymurovun üzərində 2 ədəd araq şüşəsi olub. Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Qəza hadisəsi araşdırılır.