İDMAN

Arda Turana ağır itki

Məşhur futbolçunun nənəsi rəhmətə gedib
Sputnik

BAKI, 26 noyabr — Sputnik. “Başakşəhər”in futbolçusu Arda Turana ağır itki üz verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur futbolçunun nənəsi dünyasını dəyişib. Bu barədə sosial şəbəkədə Arda Turanın qardaşı Okan Turan məlumat yazıb.

“Nənəm Sebahat xanım rəhmətə gedib. Nənəmə Fındıkzadə Başçı Mahmud Cam məscidində vida keçiriləcək və torpağa tapşırılacaq”.