HADİSƏ

İki iranlı Azərbaycana bəla gətirən zaman yaxalanıb

Hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna gö­rə saxlanılıb
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da "Biləsuvar" dövlət sərhə­din­dən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından (İİR) Azər­bay­can Respublikasına gələn İİR və­təndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sər­həd və gömrük baxışı keçirilib, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna gö­rə saxlanılıb.

İki iranlı Azərbaycana bəla gətirən zaman yaxalanıb

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.

İki iranlı Azərbaycana bəla gətirən zaman yaxalanıb

2018-ci ilin 20 noyabr tarixində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində isə, DSX-nin Sərhəd Qoşunlarının "Göy­təpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qara­vul­daş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılmış 1 ədəd bağlamada 990 ədəd "Meta­don" psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekur­sora bənzər maddə aşkar edilərək götürül­üb.

İki iranlı Azərbaycana bəla gətirən zaman yaxalanıb

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.