Bu gün Parisdə Azərbaycanın taleyi həll olunacaq

Osaka 1970-ci ildə bir dəfə bu sərgini qəbul edib.
Sputnik

BAKI, 23 noyabr — Sputnik. Bu gün Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Sərgi Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında keçiriləcək səsvermə zamanı EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək. 

Promo, reklam, hədiyyələr, poliqrafiya: Bakıda ilk tematik sərgi

Sputnik Azərbaycan xəbər verir ki, EKSPO-2025-in keçirilmə hüququ uğrunda Bakı, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) şəhərləri mübarizə aparacaq.

Bakı və Yekaterinburqdan fərqli olaraq, Osaka 1970-ci ildə bir dəfə bu sərgini qəbul edib.

Qeyd edək ki, EKSPO 170-dən çox ölkənin iştirakı ilə keçirilən ən böyük beynəlxalq sərgidir. Bu ölkələr hər beş ildən bir elm, texnika, memarlıq və incəsənət sahəsində əldə etdikləri ən yaxşı nailiyyətlərini nümayiş etdirir.