CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mərkəzi Seçki Komissiyası qərar qəbul etdi

MSK-nın iclası keçirilib
Sputnik

BAKI, 22 noyabr - Sputnik. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda bəzi dairə seçki komissiyalarının (DSK) tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb.

Müzakirələrdən sonra bəzi dairə seçki komissiyalarına yeni üzvlər seçilib.

Sonra MSK-nın bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Dəyişiklik texniki xarakterlidir.