CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dağıntılar altında qalan gizir dəfn olunub

Mərhum Gəncədə yerləşən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində gizir olub
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 21 noyabr - Sputnik. Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından Qax rayonunun Şotavar kəndində anadan olmuş, 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb.

Qeyd edək ki, mərhum Gəncədə yerləşən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində gizir olub.

Mərhum bu gün dəfn olunub. 

Gəncədə baş verən güclü partlayışla bağlı rəsmi açıqlama yayıldı

Xatırladaq ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

Ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib.