İDMAN

Azərbaycanın ən güclüləri müəyyən olunacaq

Çempionatda respublikanın müxtəlif bölgələrindən 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 21 yaşadək gənclər, həmçinin böyüklər iştirak edəcək
Sputnik

BAKI, 21 noyabr — Sputnik. 23-25 noyabr tarixlərində Bakı İdman Sarayında Yeniyetmə və Gənclərin 19-cu, Böyüklər arasında isə 26-cı Azərbaycan çempionatı keçiriləcək.

Karate Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi respublika çempionatının təntənəli açılış mərasimi 24 noyabr saat 17:00-da olacaq.

Çempionatda respublikanın müxtəlif bölgələrindən 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 21 yaşadək gənclər, həmçinin böyüklər iştirak edəcək.