İDMAN

Azərbaycanın "Messi"si Türkiyənin məşhur klubunda

“Beşiktaş” daha yaxşı şərtlərlə 2006-cı il təvəllüdlü futbolçunu almağı bacarıb
Sputnik

BAKI, 21 noyabr — Sputnik. "Sumqayıt" futbol klubunun oyunçusunu Türkiyənin məşhur “Beşiktaş” klubu alıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Azərbaycanın Messisi” adlandırılan 12 yaşlı Nihat Əhmədzadəni Avropanın bir çox klubları almaq istəyib. Amma “Beşiktaş” daha yaxşı şərtlərlə 2006-cı il təvəllüdlü futbolçunu almağı bacarıb.