HADİSƏ

Aktyorun döydüyü direktorla bağlı açıqlama gəldi - RƏSMİ

“Tural Mirzəliyev hazırda xəstəxanaya yerləşdirilib"
Sputnik

BAKI, 21 noyabr - Sputnik. Sosial şəbəkələrdə dünən aktyor Rza Rzayevin Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi Nizami Rayon Məhkəməsinin qarşısında döyərək ona ağır bədən xəsarətləri yetirməsi barədə məlumat yayılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov hadisəni təsdiq edərək döyülən direktorla bağlı açıqlama yayıb.

O bildirib ki, məktəb direktoru Tural Mirzəliyev hücuma məruz qalaraq sağlamlığına ciddi xəsarət yetirilib:

“Tural Mirzəliyev hazırda xəstəxanaya yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir”.